Dünyada ac insanların sayı 2005-ci ildən bəri rekord həddə çatıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında bildirib.
O, həmçinin əlavə edib ki, 1,2 milyard insan hələ də ifrat yoxsulluq içində yaşayır. Eyni zamanda, dünyada bərabərsizlik artır: dünyanın 10 ən varlı adamı indi dünya əhalisinin 40 faizinin cəmindən çox pula malikdir.
Bundan əlavə, Quterreş qlobal iqlim problemlərindən danışaraq, dünya ictimaiyyətini kömürdən istifadəyə son qoymağa çağırıb. 2030-cu ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri (o cümlədən Avropa ölkələri, Avstraliya, ABŞ, Türkiyə və başqaları), 2040-cı ilə qədər isə qalan ölkələr çirkli yanacağın istifadəsindən qurtulmalıdır. Həmçinin, onun sözlərinə görə, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün 100 milyard dollar ayırmalıdır.