DƏHŞƏTLİ QƏZA: Yük maşınını qaçırıb dörd turisti öldürdü  - VİDEO
16 sentyabr 2023 23:48 (UTC +04:00)

DƏHŞƏTLİ QƏZA: Yük maşınını qaçırıb dörd turisti öldürdü - VİDEO

0

Rusiyanın Murmansk vilayətində yük maşını ağır qəza törədib.

Lent.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yanacaqdoldurma məntəqəsində oğurladığı yük maşınını qaçıran şəxs qarşı yola çıxıb.

Nəticədə turistlərin olduğu “Mercedes” mikroavtobusu ilə toqquşan avtomobil dörd nəfərin ölümünə səbəb olub.

Sürücü və 3 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"Toqquşmaya səbəb olan ağır yük avtomobilinin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Hazırda o, tibbi müayinəyə göndərilir", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4514

Oxşar yazılar