Bundan sonra "VAZ"ları məhkumlar istehsal edəcək
17 iyun 2023 11:31 (UTC +04:00)

Bundan sonra "VAZ"ları məhkumlar istehsal edəcək

0

“AvtoVAZ” məhkumları istehsalata cəlb etmək istəyir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolovun bəyanatında qeyd olunub.

Sokolov qeyd edib ki, ümumilikdə 100-200 məhbus cəlb oluna bilər. Onun sözlərinə görə, bu, işçi qüvvəsinin çatışmazlığı ilə əlaqədardır və şirkətə istehsal həcmini artırmaq üçün əlavə 4000 nəfər lazımdır.

“AvtoVAZ” Togliatti, İjevsk və Sankt-Peterburqda istehsal sahələrinə sahibdir. Ötən il mayın ortalarında Fransanın “Renault” şirkəti “AvtoVAZ”dakı 67.69 faiz payını Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib. Ötən il “AvtoVAZ” 188 mindən çox avtomobil satıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2684

Oxşar yazılar