Bu ölkənin  müdafiə naziri   öldü
16 sentyabr 2023 21:35 (UTC +04:00)

Bu ölkənin müdafiə naziri öldü

0

Tacikistanın ilk müdafiə naziri Aleksandr Şişlyannikov 73 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ehtiyatda olan general-mayorun hərbi elmi-tətbiqi inkişaf mərkəzində çalışdığı bildirilib.

“2023-cü il sentyabrın 15-də ömrünün 73-cü ilində Özbəkistan Respublikası Silahlı Qüvvələri Akademiyasının Hərbi Elmi və Tətbiqi İnkişaf Mərkəzinin baş elmi işçisi, ehtiyatda olan general-mayor, hərbi elmlər namizədi, professor Aleksandr Vladimiroviç Şişlyannikov ağır xəstəlikdən sonra dünyasını dəyişib”, - məlumatda bildirilib.

O, Daşkənd Ali Tank Komandanlığı Məktəbini bitirib, sonra Çexoslovakiya və Almaniyada sovet qoşunlarında xidmət edib.

O 1993-cü ildən 1995-ci ilə qədər bu vəzifədə olmuşdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4085

Oxşar yazılar