Belarusda  dövlət çevrilişinə cəhd   planlaşdırılır: Xalqa ÇAĞIRIŞ
24 iyun 2023 19:47 (UTC +04:00)

Belarusda dövlət çevrilişinə cəhd planlaşdırılır: Xalqa ÇAĞIRIŞ

0

Belarus müxalifətinin lideri Tixanovskaya belarusları Rusiya qoşunlarını ölkədən çıxarmağa çağırıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o hesab edir ki, Belarus ordusunun Rusiya qoşunlarını qovmağın vaxtı çatıb, çünki indi bunu etmək zamanıdır. Onun sözlərinə görə, Belarusun milli maraqları, suverenliyi var və onları qorumaq lazımdır. Bu məqsədlə Tixonovskaya operativ qərargah yaradıb və Belarus hərbi birləşməsi olan Kalinovski alayından kömək istəyib.

Rusiyada baş verən son hadisələr fonunda o, vəziyyətdən istifadə etmək qərarına gəlib və Belarus xalqı ilə əlaqə saxlamağa çalışıb.

“Biz hər şeyə hazır olmalıyıq. Rusiyanın Belarusu sakit qoyacağına ümid etmək olmaz. İndi Rusiya qoşunlarını ölkəmizdən qovmaq şansı var və bunu əldən versəniz, Rusiya  Ukraynadakı kimi eyni şəkildə bizimlə də davranacaq", - Tixonovskaya deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3411

Oxşar yazılar