Bara buraxılmayan gənc polisin cinsiyyət orqanını dişlədi
02 sentyabr 2023 19:31 (UTC +04:00)

Bara buraxılmayan gənc polisin cinsiyyət orqanını dişlədi

0

Miçiqan ştatında bir yeniyetmə polis məmurunun cinsiyyət orqanını dişlədiyinə görə bədənə ağır xəsarət yetirməkdə ittiham olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Miçiqan ştatının Ann Arbor şəhərində baş verib. 19 yaşlı oğlan gecə klubuna buraxılmadığı üçün mühafizəçilərlə mübahisə edib və onlar da polisə müraciət edib.

Gələn polislər gənci sakitləşdirməyə çalışsa da, o, mühafizəçilərə hücum çəkib. Onlardan birinin cinsiyyət orqanından dişləyib, həmçinin barmaqlarını yaralayıb.

Gecə klubunun aqressiv müştərisi saxlanılıb. O, polis əməkdaşlarına hücum etmək və sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2641

Oxşar yazılar