Banan konteynerlərində 450 milyonluq kokain  tapıldı
29 iyun 2023 16:12 (UTC +04:00)

Banan konteynerlərində 450 milyonluq kokain tapıldı

0

Sankt-Peterburq limanında gömrükçülər banan olan konteynerdə gizlədilən 50 kq kokain aşkar ediblər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ələ keçirilən narkotikin təxmini dəyəri 450 milyon rubldan (təxminən 9 milyon 45 min manat) çoxdur. Məlumata görə, yükləri Afrika ölkələrindən Avropaya, oradan tranzitlə Özbəkistana keçirmək istəyiblər.

Faktla bağlı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. Şübhəliləri 1 milyon rubla (təxminən 20 min 100 manat) qədər cərimə ilə ömürlük həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1958

Oxşar yazılar