Rusiyada avtobus dirəyə çırpılıb.
Lent.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
Yekaterinburqda baş verən hadisədə 11 nəfər yaralanıb.
İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirərək dirəyə çırpılıb.
11 sərnişin xəstəxanaya çatdırılıb, hazırda onlar həkimlər tərəfindən müayinə olunurlar.