Arvad uşaq istəməyən ərinə cinsi təcavüz etdi - ŞOK OLAY
15 iyun 2023 15:51 (UTC +04:00)

Arvad uşaq istəməyən ərinə cinsi təcavüz etdi - ŞOK OLAY

2

Kanadada məhkəmə həyat yoldaşı tərəfindən cinsi istismara görə təzminat tələb edən kişinin iddiasını təmin edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kvebek sakini təzminat tələbi ilə məhkəməyə müraciət edərək, mövcud qanuna əsasən ödənişlərin zorlamadan sonra uşaq dünyaya gətirən qadınlara aid olduğunu əsas gətirdi. Əvvəlcə hakimlər zərərçəkmişin ərizəsini rədd ediblər. Lakin sonradan boşanan kişinin keçmiş həyat yoldaşı işlədiyi üçün uşağın həyatında iştirak etməkdə, o cümlədən onu dəstəkləməkdə davam etdiyini qeyd edərək qərara yenidən baxıblar.

Məlumata əsasən, ər-arvad arasında münaqişələr 2008-ci ildə yaranıb. Kişi uşaq sahibi olmaq istəməyib, arvadı isə əksinə israr edib. Kanadalı kişi həyat yoldaşı tərəfindən fiziki və cinsi istismara məruz qalıb, vəziyyət illər keçdikcə daha da pisləşib. Təkcə həyat yoldaşının deyil, qayınanasının da iştirak etdiyi şiddətli mübahisələr səbəbindən kişi bir neçə dəfə prezervativdən istifadə etmədən arvadının məcburiyyəti ilə intim əlaqəyə girib. 

2010-cu ildən 2013-cü ilin fevralına qədər bir neçə cinsi əlaqə baş verib və sonuncudan bir neçə ay sonra qadın hamilə qaldığını bildirib. Bundan sonra kişi ailəni tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3841

Oxşar yazılar