Cümə axşamı Alyaska sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri təxminən 1000 nəfərin yaşadığı Sand Poyt şəhərindən 90 km cənub-qərbdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.