Bu gün səhər bir qədər əvvəl Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbə ilə vida mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, onun yaxınları, diaspora üzvləri, şəhərin müxtəlif ali və orta ixtisas məktəblərində oxuyan tələbələr, Çelyabinsk sakinləri dəfndə iştirak edib və mərhumu son mənzilə yola salıblar.
Dəfnlə bağlı polis gücləndirilmiş iş rejiminə keçib.
Xatırladaq ki, azərbaycanlı tələbəni 3 gün əvvəl şəhər parklarının birində sərxoş vəziyyətdə olan yerli sakin öldürüb.






