Bakıda iri qabaritli avtomobillər yol nişanına məhəl qoymur
10 yanvar 2014 12:43 (UTC +04:00)

Bakıda iri qabaritli avtomobillər yol nişanına məhəl qoymur

0

Bakıda yol qovşaqlarında qoyulmuş bəzi yol hərəkət nişanlarına sürücülər məhəl qoymur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, bir müddət əvvəl köhnə “Ramstor” qovşağında, Heydər Əliyev prospektindən gələn avtomobillərin əks hərəkət zolağına keçdiyi yolda hündürlüyü 2,5 metrdən çox olan avtomobillərin hərəkətini qadağan edən lövhələr quraşdırılıb. Lakin bir çox iri qabaritli yük avtomobilləri və digər təyinatlı nəqliyyat vasitələri həmin yol nişanlarının tələbinə məhəl qoymadan hərəkətə davam edirlər: “Sürücülərdən xahiş edilir ki, yol hərəkət nişanlarına qarşı diqqətli olsunlar və buna əməl etsinlər”.

 

Qeyd edək ki, yol qovşaqlarında hündürlüyü 2,5 metrdən çox nəqliyyat vasitələrinin hərəkətini qadağan edən işarələr bəzi avtomobillərin körpü konstruksiyalarına vurduğu ziyanı və yol ötürücülərini zədələməsinə qarşı tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1290

Oxşar yazılar