<span style="color:red;">XİN sözcüsü:  "Bu, özbaşınalığın ifrat nümunəsidir"
03 may 2016 17:55 (UTC +04:00)

XİN sözcüsü: "Bu, özbaşınalığın ifrat nümunəsidir"

0

“Ermənistanın təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”

 

Lent.az-ın məlumatına görə bu sözləri Xarici İşlər Nazirliyinin sözcüsü Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı barədə açıqlamalara münasibət bildirən zaman deyib.

 

 

H. Hacıyev bildirib ki, Ermənistanın işğal edilmiş ərazilərdə yaratdığı qondarma rejimə beynəlxalq aləmdə cavab verməlidir: “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaqdır. Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 635

Oxşar yazılar