Təhsil Nazirliyində yeni idarə yaradılıb
17 mart 2016 16:59 (UTC +04:00)

Təhsil Nazirliyində yeni idarə yaradılıb

0

 

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib.

Lent.az-ın məlumatına görə, qərara əsasən, “Gəncə şəhər İnternat tipli futbol təmayüllü gimnaziya" Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

 Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların siyahısına isə “Akkreditasiya və Nostrifikasiya İdarəsi" əlavə edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar