Qənirə Paşayeva Kahramanmaraş valisi ilə görüşüb
29 noyabr 2015 13:51 (UTC +04:00)

Qənirə Paşayeva Kahramanmaraş valisi ilə görüşüb

0

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyə səfəri zamanı Kahramanmaraş valisi Mustafa Hakan Güvencerlə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ problemindən geniş danışıb.

 

Qənirə Paşayeva  Kahramanmaraş valisi Mustafa Hakan Güvencerə həmmüəllifi olduğu  Karabağ hikayeleri” kitabını hədiyyə edib.

 

Kahramanmaraş valisi Mustafa Hakan Güvencer öz növbəsində  görüşdən məmnunluğunu bildirib.

 

Kahramanmaraş valisi millət vəkili Qənirə Paşayeva Kahramanmaraşla bağlı materiallar,  kitablar hədiyyə edib.

 

Görüşdə iştirak edən yazar Təranə Vahid və QHT rəhbəri S.İsmayılova da öz fikirlərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar