Qənirə Paşayeva İzmitdə Xocalı soyqırımı ilə bağlı çağırış edib
26 fevral 2016 11:37 (UTC +04:00)

Qənirə Paşayeva İzmitdə Xocalı soyqırımı ilə bağlı çağırış edib

0

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası İzmit bələdiyyəsinin dəstəyi ilə İzmitdə Xocalı Soyqırımı abidəsi önündə tədbir təşkil edib. Lent.az-ın məlumatına görə, Türkiyə Azərbaycan  Dərnəkləri  Federasiyasının rəhbəri Bilal Dündar, İzmit bələdiyyə başqan yardımçısı İbrahim Bulut Xocalı soyqırımı ilə bağlı geniş çıxış edərək,  "Bu soyqırımı unutmayacağıq və unutdurmayacağıq" deyiblər.

 

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımı barədə geniş çıxış edərək bu soyqırımı törədənlərin hazırda Türkiyə əleyhinə fəaliyyət göstərən terror təşkilatlarına yardım etdiyini deyib: "Biz bu canilərin ədalət qarşısında cavab vermələri üçün birlikdə daha da çox çalışmalıyıq. Bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır”. 

 

Millət vəkili dünyaya da səslənərək “işğalçı, soyqırım törədən, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın əməllərinə artıq duyarsız qalmayın, biz sizi insanlıq naminə Xocalıya ədalət deyənlərin yanında olmağa və bu cinayəti törədnlərin ədalət qarşısında cavab verməsinə yardımçı olmağa çağırırıq” deyib. 

 

Tədbirin sonunda Xocalı soyqırımı abidəsinin önünə qərənfillər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar