Prezident İlham Əliyev fevralın 29-da Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından söz açılıb.
Bundan başqa, TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.