Prezident polşalı həmkarını təbrik edib
02 may 2016 18:33 (UTC +04:00)

Prezident polşalı həmkarını təbrik edib

0

 

Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya Polşanın Konstitusiya günü münasibətilə təbrik ünvanlayıb.

 

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar