Nazirlər Birgə Bəyannamə imzalayıb
29 fevral 2016 17:33 (UTC +04:00)

Nazirlər Birgə Bəyannamə imzalayıb

0

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb. Lent.az-ın president.az saytına istinadən məlumatına görə, prezidenti İlham Əliyev və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini imzalanma mərasimində iştirak ediblər.

 

Birgə Bəyannaməni “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzalayıblar.

 

Bununla da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısı işini başa çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar