Milli Məclisdə Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpası təklif olunub
01 fevral 2016 12:59 (UTC +04:00)

Milli Məclisdə Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpası təklif olunub

0

 

Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb.

 

APA-nın məlumatına görə, bu təkliflə deputat Zahid Oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.

 

Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib: “Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar