Konqresdə 20 Yanvar və Xocalı bəyanatı
04 fevral 2016 20:05 (UTC +04:00)

Konqresdə 20 Yanvar və Xocalı bəyanatı

0

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, konqresmen Peyn bəyanatında 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın öz həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

 

Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərini də çağırış əks olunub. 

 

Konqresmen Peyn sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar