İranlı deputat: “Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır”
05 aprel 2016 05:20 (UTC +04:00)

İranlı deputat: “Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır”

0

"Biz Dağlıq Qarabağın Ermənistan əsarətindən azad olaraq  Azərbaycana qaytarılmasını istəyirik".

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Parlamentinin  Təbriz, Osku və Azərşəhərdən olan nümayəndəsi  Əlirza  Munadi  parlamentin iclasındakı çıxışında  bildirib.

 

Ə. Munadi hökumətdən Ermənistanın Qarabağdakı cinayətlərini pisləməsini tələb edib. 

 

“Ali Rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ  İslam torpağıdır, Qarabağ Azərbaycan torpağıdır və biz  bütün gücümüzlə Ermənilərin Qarabağdakı təcavüzünü pisləməliyik. Dağlıq Qarabağ Ermənistanın əsarətindən  azad olunmalı  və Azərbaycana qaytarılmalıdır”, deyə Ə.Munadi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar