Prezident İlham Əliyev Minskdə "Qələbə" abidəsini ziyarət edib
28 noyabr 2015 12:25 (UTC +04:00)

Prezident İlham Əliyev Minskdə "Qələbə" abidəsini ziyarət edib

0

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu gün Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

 

Lent.az-ın president.az-a istinadən verdiyi məlumata görə, Meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Azərbaycanın və Belarusun dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar