Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə fərman verib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmanla Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na müvafiq bəyanatla qoşulacaq.