Ermənilər işğal etdikləri ərazilərdə 927 kitabxananı dağıdıb
30 noyabr 2015 11:30 (UTC +04:00)

Ermənilər işğal etdikləri ərazilərdə 927 kitabxananı dağıdıb

0

 

“İşğal olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən 927 kitabxana dağıdılıb”.

 

APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqlarının Agentliyinin sədri Kamran İmanov Bakıda keçirilən “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminarda çıxışında deyib.

 

O bildirib ki, dağıdılan 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar da erməni işğalçıları tərəfindən məhv edilib.

 

K. İmanov qeyd edib ki, Azərbaycanın Əqli Mülkiyyət Hüquqları tapdalanıb: “Mədəniyyət məfhumu işğalçılara yaddır. Erməni işğalçıları maddi və qeyri-maddi irsimizə təcavüz ediblər. Azərbaycanın mədəni irsi xüsusi qəddarlıqla talan edilməkdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar