Azərbaycan və Rusiya prezidentləri telefonla danışıb
25 fevral 2016 12:43 (UTC +04:00)

Azərbaycan və Rusiya prezidentləri telefonla danışıb

0

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 
 
Telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığa dair aktual məsələlər və beynəlxalq gündəmdə olan mövzular müzakirə olunub. Bundan başqa, Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılıb, Suriyada atəşkəsin tətbiqinə dair Rusiya və ABŞ arasındakı razılığın həyata keçirilməsinin vacibliyi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar