Azərbaycan prezidenti “Qazprom”un idarə heyətinin sədrini qəbul edib
08 mart 2016 16:57 (UTC +04:00)

Azərbaycan prezidenti “Qazprom”un idarə heyətinin sədrini qəbul edib

0

Prezident İlham Əliyev martın 8-də Rusiya Federasiyasının “Qazprom” şirkətinin idarə heyətinin sədri Viktor Zubkovu qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, “Qazprom” şirkətinin idarə heyətinin sədri Viktor Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

 

Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib.

 

Söhbət zamanı ölkələr arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

 

Görüşdə, həmçinin Rusiya Federasiyasının “Qazprom” şirkətinin idarə heyətinin sədri Viktor Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar