Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamağa hazırdır-Nazir
02 fevral 2016 21:49 (UTC +04:00)

Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamağa hazırdır-Nazir

0

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamağa hazırdır. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında sənəd təqdim edib: “Ayın sonu Federika Mogerini (Avropa İttifaqının xarici məsələlər və beynəlxalq təhlükəsizlik üzrə ali komissarı - red.) Azərbaycana səfər edəcək.

Aİ-nin rəsmi şəkildə bu işin icrasına başlayacağını gözləyirik. Azərbaycan buna hazırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar