Albaniyanın sabiq prezidentləri Bakıya gəlir
01 mart 2016 12:28 (UTC +04:00)

Albaniyanın sabiq prezidentləri Bakıya gəlir

0

Albaniyanın sabiq prezidentləri Sali Berişa və Recep Meydani Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıya gələcək. Lent.az-ın məlumatına görə, martın 10-11-də Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən miqrasiya, multikulturalizm, inteqrasiya və digər qlobal əhəmiyyətli məsələlər geniş müzakirə ediləcək.

 

Qeyd edək ki, Sali Berişa və Recep Meydani Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləridir. Hər iki sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar