ABŞ səfirliyi: " Havay ştatının qətnaməsi ABŞ-ın xarici siyasətini dəyişmir"
30 mart 2016 21:48 (UTC +04:00)

ABŞ səfirliyi: " Havay ştatının qətnaməsi ABŞ-ın xarici siyasətini dəyişmir"

0

“ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır”.

 

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən Havay ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.

 

Səfirlik bildirir ki, ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir: “Havay ştatı Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə ştatın qanunverici orqanının öz fikrini bildirməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar