UN-Habitat:  WUF13-də kifayət qədər dövlət başçısının iştirak edəcəyi gözlənilir
27 aprel 2026 12:15 (UTC +04:00)

UN-Habitat: WUF13-də kifayət qədər dövlət başçısının iştirak edəcəyi gözlənilir

0

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) kifayət qədər dövlət başçısının iştirak edəcəyi gözlənilir.


Lent.az xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN - Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina jurnalistlərə açıqlamasında deyib.
“Bu qlobal forumdur və BMT-yə üzv olan 193 ölkənin hamısı dəvət olunub.

Bu ölkələrin bir çoxu forumda ya nazirlər, ya nazir müavinləri, ya da şəhər merləri səviyyəsində iştirak edəcək”, - o bildirib.


WUF13-ün BMT-nin urbanistika və yaşayış inkişafı məsələləri ilə məşğul olan BMT-Habitat agentliyi tərəfindən keçirilən əsas tədbiri olduğunu qeyd edən Bezaqçina bu tədbirdə Azərbaycanın da öz təcrübəsini bölüşmək üçün imkan olacağını bildirib:


“Bu tədbir Azərbaycan üçün öz təcrübəsini bölüşmək, topladığı bilik və təcrübəni təqdim etmək imkanıdır. Urban Expo adlı sərgidə Azərbaycan üçün xüsusi pavilyonlar təşkil ediləcək. Bu, öz proqramlarını, layihələrini, urbanistik inkişaf, şəhərsalma və mənzil problemlərinin həlli sahəsində təcrübəsini təqdim etmək imkanı yaradacaq. Forum iştirakçıları bu proqramlar və layihələrlə tanış ola biləcəklər. Maraq göstərənlər isə əlaqə qurmaq və bu təcrübəni tətbiq etmək imkanlarını öyrənə biləcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar