Ağcabədidə DƏHŞƏT:  2 kişi öldürüldü, 22 yaşlı gənc TUTULDU
27 aprel 2026 12:21 (UTC +04:00)

Ağcabədidə DƏHŞƏT: 2 kişi öldürüldü, 22 yaşlı gənc TUTULDU

0

İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Lent.az-a Ağcabədi rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 30 yaşlı Şaiq Mamedov və 37 yaşlı Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 22 yaşlı Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedov və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar