Çadda baş verən qarşıdurmalarda 42 nəfər  öldü
27 aprel 2026 06:31 (UTC +04:00)

Çadda baş verən qarşıdurmalarda 42 nəfər öldü

0

Çadın şərqində icmalararası toqquşmalar nəticəsində 40-dan çox insan həlak olub.

Lent.az xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Vadi Fira bölgəsində baş verib. Bölgənin hökumət sözçüsü Brahim İssa Qalmayeh bildirib ki, münaqişə iki ailə arasında quyu üstündə yaranan mübahisədən sonra başlayıb. Nəticədə azı 42 nəfər həyatını itirib.

Çadın şərqində torpaq, mal-qara və su resurslarına çıxış uğrunda icmalararası qarşıdurmalar geniş yayılıb. Beynəlxalq Böhran Qrupunun məlumatına görə, 2021–2024-cü illər arasında bu cür münaqişələr 1000-dən çox insanın ölümünə və təxminən 2000 nəfərin yaralanmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar