ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda, Ağ Evdə baş verən silahlı insidentlə bağlı açıqlama verib.
Lent.az xəbər verir ki, bu barədə keçmiş prezident X sosial platformasında paylaşım edib. Paylaşımda o bildirib ki, hadisənin motivi hələ də tam aydın deyil. Obama qeyd edib ki, istintaq davam edir və səbəblər haqqında dəqiq nəticə yoxdur.
Keçmiş prezident eyni zamanda zorakılığı pisləyib. O deyib ki, demokratiyada zorakılığa yer olmamalıdır.
Obama həmçinin təhlükəsizlik əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib. Yaralanan agentin vəziyyətinin yaxşı olmasına sevindiyini bildirib.