Emin Həsənli: “Mübariz və Fərid kimi oğullar Azərbaycan bayrağını daim ucalığa qaldıracaqlar”
0
0
Bu gün Bayraq Günü münasibətilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) üzvləri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Lent.az-ın verdiyi məlumata görə, TOHGMİB daha sonra İkinci Fəxri Xiyabanında təmas xəttində gedən döyüşlərdə düşməni dəf edərkən qəhrəmancasına həlak olmuş Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarını ziyarət ediblər.
TOHGMİB-nin sədri Emin Həsənli deyib ki, Azərbaycanın Mübariz İbrahimov və Fərid Əhmədov kimi oğulları çoxdur və onlar Azərbaycan bayrağını daim ucalığa qaldıracaq, işğal olunmuş torpaqlarımızı azad edəcəklər: “ Bu cür gəncliyi olan Azərbaycanın torpaqları işğal altında qalmayacaq”.