Ən faydalı kartofun  əlaməti AÇIQLANDI
05 fevral 2026 12:09 (UTC +04:00)

Ən faydalı kartofun əlaməti AÇIQLANDI

0

Kartof ürək-damar sağlamlığının yaxşılaşması, arterial təzyiqin azalması, lipid profilinin (xolesterinin) yaxşılaşması, qida maddələrinin daha çox qəbulu və iltihab göstəricilərinin azalması kimi bir sıra sağlamlıq üstünlükləri ilə əlaqələndirilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bütün kartoflar eyni deyil. Bəzi kartof növlərinin digərlərindən daha faydalı olduğunu göstərən əsas əlamətlərdən biri onun iç hissəsinin yəni ətinin rəngidir. 

Mağazalarda satılan kartofların qida dəyəri növündən və iç rəngindən asılı olaraq dəyişir. Sarı və bənövşəyi içli kartoflar adətən ağ içli sortlarla müqayisədə daha çox faydalı maddə ehtiva edir. Kartofu qida dəyərinə görə tam sıralamaq çətindir. Çünki bəzi növlər bir maddə ilə, digərləri isə başqa maddələrlə daha zəngin olur.

Ümumi qayda isə belədir: kartofun içi nə qədər solğun rəngdədirsə, tərkibindəki faydalı maddələr bir o qədər az olur. Bənövşəyi kartof polifenollar və antioksidantlar, xüsusilə antosianinlər baxımından ən zəngin növ hesab olunur. Onun tərkibində digər kartof növlərinə bənzər vitamin və minerallar olsa da, antioksidant miqdarı daha yüksəkdir.

Bənövşəyi kartofdakı antioksidant səviyyəsi qaragilə və narla müqayisə edilə biləcək dərəcədədir. Bu cür bənövşəyi və qırmızı yumrular, həmçinin qırmızı portağal, albalı, gavalı, badımcan, qırmızı kələm, qırmızı soğan, turp və qara lobya kimi məhsullar antosianinlərlə zəngindir və ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyə bilər.

Qırmızı kartof növləri də antosianinlər ehtiva edir. Qırmızı rəng yüksək polifenol, xüsusilə karotinoid konsentrasiyasını göstərir. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir və iltihabı azaltmaqla sağlamlığı gücləndirə bilər.

Narıncı içli növlər şirin kartof və ya yam A vitamini ilə zəngindir. Hətta bir ədəd şirin kartof gündəlik tövsiyə olunan A vitamini normasının demək olar ki, iki qatını təmin edə bilir. Şirin kartof digər növlərlə müqayisədə daha az nişasta və daha çox şəkər ehtiva edir. Eyni zamanda daha çox həll olunan lifə malik olur.

Sarı kartof  bənövşəyi, qırmızı və narıncı növlərlə müqayisədə daha az polifenol ehtiva etsə də, ağ kartofdan yenə də daha zəngindir və C vitamini miqdarı daha yüksəkdir. Bununla belə, ən solğun ağ kartofun da üstünlükləri var. Məsələn, o, əhəmiyyətli miqdarda kalium və maqnezium ehtiva edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar