“Zirə” mübarizəni dayandırdı, “Birbaşa” 1/8 FİNALDA
07 sentyabr 2023 20:50 (UTC +04:00)

“Zirə” mübarizəni dayandırdı, “Birbaşa” 1/8 FİNALDA

0

Mini futbol üzrə Çempionlar Liqasının (EMF) qrup mərhələsinin oyunları keçirilib.

Lent.az Apasport.az-a istinadla xəbər verir ki, “Zirə” mübarizəni erkən dayandırıb.

F qrupunda yer alan təmsilçimiz hər iki oyunda uduzub. “Zirə” “Andezit”ə (Ukrayna) 0:1, “Terra Trak”a (Bolqarıstan) isə 0:2 hesabı ilə məğlub olub.

Turnirdə ölkəmizin digər təmsilçisi “Birbaşa” uğurlu çıxışı ilə yadda qalıb. Komanda keçirdyi hər üç oyunda qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.
 
Çempionlar Liqası
C qrupu

“Birbaşa" (Azərbaycan) – “Maqufana” (Yunanıstan) – 3:1
“Birbaşa” (Azərbaycan) – “Volta” (Moldova) – 4:1
“Birbaşa” (Azərbaycan) – “Prestij MFK” (Albaniya) – 3:1

F qrupu
“Zirə” (Azərbaycan) – “Andezit” (Ukrayna) – 0:1
“Zirə” (Azərbaycan) – “Terra Trak” (Bolqarıstan) – 0:2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3162

Oxşar yazılar