“Yuventus” QƏRAR VERDİ: “Marsel”dən onu  almaq üçün
21 iyun 2023 12:52 (UTC +04:00)

“Yuventus” QƏRAR VERDİ: “Marsel”dən onu almaq üçün

0

Hücumçu Arkadiuş Milik davamlı olaraq "Yuventus"da oynamağa davam edəcək. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Alfredo Pedulla məlumat verib.

Qeyd olunur ki, İtaliya klubu yaxın vaxtlarda “Marsel”lə görüş keçirəcək və bu görüşdə transferin bütün detallarını razılaşdıracaqlar. Polşalı hücumçunun satınalma məbləği 7 milyon avro olacaq. Futbolçu komanda ilə 3 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, futbolçu ötən mövsüm icarə əsasında Turin klubunda çıxış edib. O, A Seriyasında 27 oyuna çıxıb, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1587

Oxşar yazılar