Yığmamızda daha bir itki
06 sentyabr 2021 11:21 (UTC +04:00)

Yığmamızda daha bir itki

0

Dünya çempionatının seçmə mərhələsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində daha bir itki qeydə alınıb.

Sentyabrın 4-də Dublin şəhərində təşkil olunmuş İrlandiya – Azərbaycan oyununun gedişində zədələnən Rüstəm Əhmədzadənin (“Minay” FK, Ukrayna) sabah keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqləşib.
Xatırladaq ki, Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1372

Oxşar yazılar