Yenidən FİFA rəhbəri seçiləndən sonra  maaşı artırıldı
18 mart 2024 12:18 (UTC +04:00)

Yenidən FİFA rəhbəri seçiləndən sonra maaşı artırıldı

0

Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino yenidən seçildikdən sonra daha çox maaş almağa başlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İnfantinonun 2023-cü ildə baza maaşı ondan əvvəlki illə müqayisədə 33 faiz artaraq təxminən 2,6 milyon avro təşkil edib. Bundan əlavə, o, 1,76 milyon avro mükafat alıb. Beləliklə, FİFA rəhbəri 4,2 milyon avrodan çox qazanıb.

2022-ci ildə onun gəlirinin 3,8 milyon avroya yaxın olduğu qeyd edilir. Məbləğlər FİFA Şurasının təsdiq etdiyi maliyyə sənədlərində öz əksini tapıb.

İnfantino 2016-cı ilin fevralında FİFA prezidenti seçilib. 2019-cu ilin iyununda o, ikinci müddətə yenidən seçilib. 2023-cü ilin martında funksioner üçüncü dəfə təşkilatın rəhbəri olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3734

Oxşar yazılar