Binəqədi rayonunda mebel anbarında və sexində yanğın söndürüldü-YENİLƏNİB
29 mart 2026 16:23 (UTC +04:00)

Binəqədi rayonunda mebel anbarında və sexində yanğın söndürüldü-YENİLƏNİB

0


Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.

Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.

***

saat 15.10

Bu gün saat 11.42-də Bakı şəhəri, Binəqədi rayon Binəqədi şosesində mebel anbarında və istehsalat sexində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib.

Taleh Babayev deyib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib: “Mebel sexində və anbarda yanğının baş verməsi müşahidə olunub. Yanğının mürəkkəbliyi nəzərə alınaraq əlavə qüvvələr hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb”.

Xidmət rəis müavini nəzərə çatdırıb ki, yanğın zamanı təxminən sçahəsi 3100 kv.m olan bir dam altında tikilmiş anbarın 600 kv.m sahəsində mebel istehsalı üçün nəzərdə tutulmuş materiallar, hazır mallar yanıb: “Qalan sahə yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı hər hansı xəsarət halı, tüstüdən zəhərlənmə qeydə alınmayıb”.

***

saat 14.22

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 13.51

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Əlavə məlumat veriləcək.

***

saat 13.28

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

***

saat 13.20

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən Lent.az-a verilən xəbərə görə, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

***

saat 12.28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1070

Oxşar yazılar