SEPAH Ukrayna ordusunun anbarını vurdu, 21 hərbçi öldü
28 mart 2026 15:19 (UTC +04:00)

SEPAH Ukrayna ordusunun anbarını vurdu, 21 hərbçi öldü

0

İranın Birləşmiş Ərəb Əmirliklərində Ukraynanın hava hücumundan müdafiə sistemlərinə aid anbara endirdiyi zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 21 hərbçisi həlak olub.

Lent.az xarci mediaya istinadla xəbərinə görə, bu vaxt Ukrayna prezidenti Vladimir Zelenski ölkədə rəsmi səfərdə olub.

O, bu gün Ukrayna ilə Əmirliklər arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq barədə müqavilənin imzalandığını açıqlayıb. Bununla paralel olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hərbi infrastrukturuna, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə aid anbara zərbə endirib.

Məlumata görə, 200-dən çox ukraynalı pilotsuz uçuş aparatı üzrə mütəxəssis Fars körfəzi regionunda fəaliyyət göstərir.

Daha əvvəl İran ABŞ-İsrail əməliyyatına dəstək verdiyinə görə Ukraynanı hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar