Gələn mövsüm “Liverpul”un baş məşqçisi  kim olacaq? - AÇIQLANDI
28 mart 2026 10:00 (UTC +04:00)

Gələn mövsüm “Liverpul”un baş məşqçisi kim olacaq? - AÇIQLANDI

0

“Liverpul”un baş məşqçisi Arne Slot növbəti mövsümdə də komandada qalacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, klub rəhbərliyi mütəxəssisə etimadını qoruyur və yayda ona yüksək nəticələr uğrunda mübarizə apara biləcək heyət təqdim etməyi planlaşdırır. Cari mövsümdə nəticələr ideal olmasa da, baş məşqçinin dəyişdirilməsi məsələsi gündəmdə deyil.

“Liverpul” rəhbərliyi Slotla birlikdə uzunmüddətli planlar qurur və o, komandanın formalaşdırılmasında, eləcə də transfer qərarlarının qəbulunda aktiv iştirak edəcək.

Slot 2024-cü ildə “Liverpul”a baş məşqçi təyin olunub. Komanda ötən mövsüm 2019/2020 mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub, hazırda isə 31 turdan sonra 5-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar