Vasili Zinçenko
29 mart 2026 14:31 (UTC +04:00)

Vasili Zinçenko

Feldmarşal Paulyusu əsir götürən vəfat etdi

0

İkinci Dünya Müharibəsində Stalinqradda feldmarşal Fridrix Paulyusu əsir götürən Vasili Zinçenko 102 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, keçmiş döyüşçü Qazaxıstanda yaşayıb və 102 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib.

Vasili Zinçenko könüllü olaraq SSRİ Ordusu sıralarına qoşulub, kəşfiyyatçılar məktəbində təhsil alıb, Ukrayna, Belarus və Polşada, həmçinin Berlin uğrunda döyüşlərdə iştirak edib.

O, Qırmızı Ulduz, II dərəcəli Vətən Müharibəsi və III dərəcəli Şöhrət ordenləri, eləcə də “Stalinqradın müdafiəsinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar