Eldar Əzizovun müavini su basan yerlərə gedib tapşırıqlar verdi - VİDEO
28 mart 2026 19:00 (UTC +04:00)

Eldar Əzizovun müavini su basan yerlərə gedib tapşırıqlar verdi - VİDEO

0

Martın 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Lent.az-ın məlumatına görə, bəzi ərazilərdə ikinci gündür ki, aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur. 

Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar