Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən ibadət zamanı insident baş verib.
Lent.az xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.
Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Müqəddəs Anna kilsəsinin həyətində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.
Həmin şəxslər xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinirlər.