Əfsanəvi tennisçi Martina Navratilova xərçəngə qalib gəldiyini açıqlayıb.
“Bir günlük müayindən sonra mənə dedilər ki, heç nəyim yoxdur! Bütün həkimlərə, tibb bacılarına, proton və şüa sehrbazlarına təşəkkür edirəm. Nə rahatlıqdır”, – Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 66 yaşlı keçmiş idmançı sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Navratilovaya ilk dəfə 2010-cu ildə döş xərçəngi diaqnozu qoyulmuşdu, altı ay sonra həkimlər remissiya olduğunu bildirmişdilər. 2023-cü ilin yanvarında Martina ona 1-ci mərhələdə boğaz xərçəngi, həmçinin döş xərçənginin təkrarlanması diaqnozu qoyulduğunu elan edib.
Yeri gəlmişkən, o, on səkkiz dəfə Böyük dəbilqə turnirinin qalibi olub.