“Barselona”nın baş məşqçisi Xavi İspaniya Kral Kubokunun ilk yarımfinalında “Real”ın müdafiəçisi Daniel Karvaxalla mübahisə edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş “mavi qranatlılar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə “Real”ın müdafiəçisi Eder Militao topu öz qapısına göndərib.
Oyunun epizodlarından birində Kataloniya klubunun baş məşqçisi əvvəlcə “qaymaqlılar”ın müdafiəçisinə ironik şəkildə “Sən çox ağıllısan”, sonra isə əsəbi halda oyunçunu təhqir edərək, “Axmaq, sən nə axmaqsan”, deyib.
Görüşün sonunda Xavi sarı vərəqə alıb.
Bu komandalar arasında cavab oyunu aprelin 5-də Barselonadakı “Nou Kamp” stadionunda keçiriləcək.