Sosial şəbəkələrdə “Barselona”nın baş məşqçisi Xavinin qonaq otağında oğlu ilə futbol topu ilə oynadığı videosu yayılıb. Xüsusilə, atasının rəhbərliyi altında beş yaşlı Dan Hernandez baş zərbələri ilə məşq edib. Uşağın anası Nuria Cunilera hadisəni kamera ilə izləyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, keçən il Dan və onun böyük bacısı Asiya “Barselona”nın rəsmi azarkeşləri olublar. Onlar Blaugrana fan-klubuna qoşulub və seriya nömrələri 118.068 və 118.069 olan fan kartları alıblar. Yeri gəlmişkən, Xavi rəsmi olaraq 20 ildən artıqdır ki, fan-klubdadır və 63.472 nömrəli fan kartına sahibdir.
Bu axşam "Barselona" Çempionlar Liqasının finalında "Napoli"yə qarşı cavab oyunu keçirəcək. Neapoldakı görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.