“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubu ilə müqaviləsini 2025-ci ilə qədər uzadacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, tərəflər arasında yeni müqavilə yaxın saatlarda imzalanacaq. Bu barədə nüfuzlu insayder Nikolo Skira öz Twitter səhifəsində məlumat verib.
Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”nı çalışdırır, komanda ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
İspan mütəxəssisin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Ötən mövsüm “Barselona” onun rəhbərliyi altında İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.